“Bu sənəd özündə dəhşətli təfərrüatları, xüsusilə də yetkinlik yaşına çatmamış qızların bakirəliklərinin pozulmasına dair məlumatları özündə əks etdirir. Ölkədə bu cinayətin dərinləşməsinin əsas səbəbi günü-gündən ağırlaşmaqda olan sosial vəziyyət, yoxsulluğun son həddə çatması hallarıdır ki, belə vəziyyətlərdə valideynlər hətta öz uşaqlarını fahişəliklə məşğul olmağa göndərmək məcburiyyətində qalırlar. Sənəd ABŞ səfirliyinin bu sahədə apardığı araşdırmalar, həmçinin səfir və Ermənistan baş prokuroru Aqvan Ovsepyanın hazırki problemlə bağlı söhbətinə əsasən tərtib olunub”, - deyə bəyanatda bildirilir.
Bəyanata görə, “WikiLeaks”ın bu qalmaqallı açıqlaması sübut edir ki, Ermənistan baş prokurorun şəxsində dövlət səviyyəsində insan alveri və pornobiznesin himayəsi ilə məşğul olur.
“Əgər Ermənistan parlamenti və prezident Serj Sarkisyan bu rüsvayedici reallıq qarşılığında baş prokuror Aqvan Ovsepyanı dərhal istefaya göndərmirsə və onun barəsində cinayət işi qaldırmırsa, o zaman onlar Baş Prokurorluğun cinayət hərəkətlərinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürür və hakimiyyətin Ermənistanda insan alverinə himayədarlıq etdiyini göstərirlər”, - deyə Ermənistan Milli Konqresi məsələyə münasibət bildirib.
//Ans Press