Azərbaycan yeni hərbi əməliyyatlara başlayarsa, Ermənistanın “Dağlıq Qarabağ Respublikası”nı de-yure tanımaq və bütün mümkün vasitələrlə onun əhalisinin təhlükəsizliyini təmin etməkdən başqa seçimi qalmayacaq. Bunu Ermənistan prezidenti Serj Sarksiyan KTMT-nin Kremldə keçirilən sammitində deyib.
Sarkisyan "İtar-Tass” müsahibəsində xatırladıb ki, ATƏT-in Astanada keçirilən sammitində Minsk qrupunun həmsədr ölkələri, Azərbaycan və Ermənistan prezidentlərinin beştərəfli bəyanatı qəbul edilib. Sənədə əsaslanan Serj Sarkisyan müharibə variantının yolverilməz olduğunu və Ermənistanın münaqişəsinin hərbi yolla həll edilməsinin əleyhinə olduğunu bildirib.