Saxta diplomu 5000 dollara satanlar tutuldu

Bütün Xəbərlər
11:12 15.04.2011
1537

Azərbaycanda texnikum diplomunu 5000 dollara satan şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub. 

Gəncə şəhər sakini Rafiq Xudaquliyev və Bakı şəhər sakini Zahid Həsənov əlbir olaraq Günel Məmmədovanın adına tərtib edilən Gəncə Baza İnşaat Texnikumunun diplomunu 5000 dollara satdıqlarına görə saxlanılıblar.

//Ans Press

 

OXŞAR XƏBƏRLƏR