Saxta sənədlərlə Azərbaycandan mühacirət etdi - İndi “İnterpol” onu axtarır

Saxta sənədlərlə Azərbaycandan mühacirət etdi - İndi “İnterpol” onu axtarır
KRİMİNAL
17:46 14.12.2017
2210
Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarının ölkə ərazisini tərk edərək xarici dövlətlərdə "siyasi sığınacaq” adı altında "oturum icazəsi” almaq məqsədilə guya Azərbaycan Respublikasında hüquqlarının pozulması, siyasi baxışlarına, sosial mənsubiyyətlərinə görə təqib olunmaları haqqında hüquq verən rəsmi sənədlərin istifadə məqsədilə saxtalaşdırılması, qanunsuz miqrasiyanın təşkili və sair faktlar üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, cinayət işi üzrə hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş tədbirlərlə 4 may 2017-ci il tarixdə Azərbaycan Respublikası ərazisini tərk etmiş Bakı şəhər sakini Hüseynov Rauf Faiq oğlunun barəsində hər hansı araşdırma və cinayət təqibi aparılmadığı, cinayət məsuliyyətinə cəlb olunmadığı halda, guya hüquq-mühafizə orqanları tərəfindən təqib olunması, barəsində Nəsimi rayon Polis İdarəsi və struktur qurumlarında araşdırma materialı və cinayət işinin mövcudluğu, həyat yoldaşı Seyidova Amaliya Rafiq qızı ilə birlikdə polis idarəsinə çağırılmaları, şübhəli şəxs qismində istintaqa cəlb olunaraq ona qarşı ittiham irəli sürülməsi barədə məzmununa yalan məlumatlar daxil edilmiş, blank, möhür əksləri və imzaları saxtalaşdırılmış 24 oktyabr 2015-ci il və 9 mart 2017-ci il tarixli hüquq verən rəsmi sənədlərin texniki qurğular vasitəsilə qanunsuz hazırlayıb, məskunlaşdığı xarici ölkənin yerli miqrasiya orqanlarına təqdim etməsinə əsaslı şübhələr yarandığından R.Hüseynov Cinayət Məcəlləsinin 320.1 (Rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə barəsində "İnterpol” xətti ilə beynəlxalq axtarış elan edilib.

Hazırda cinayət işi üzrə R.Hüseynovun tutulması, eləcə də təqib olunmalarına, təzyiqlərə məruz qalmalarına dair qanunsuz hazırlanmış saxta sənədlərdən istifadə etməklə xarici ölkələrdə "oturum izni” alan şəxslərin əməllərinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin icrası davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
19:27 08.11.2026
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
19:16 08.11.2026
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi