Səadət Məmmədova 'İrəli' Media Akademiyasının qonağı oldu - FOTOLAR

Səadət Məmmədova
MEDİA
16:20 20.06.2012
2460
“Yurd TV”nin Xəbərlər departamentinin direktoru “İRƏLİ” Media Akademiyasında“İRƏLİ” Gənclik Mərkəzində "İRƏLİ" Yeni Media Akademiyası layihəsinin tələbələri “Yurd TV”nin Xəbərlər departamentinin direktoru Səadət Məmmədova ilə görüşüblər.  Səadət Məmmədova jurnalistikanın olduqca çətin və məsuliyyətli bir peşə olduğunu bildirib: “Yeniyetme yaşlarımdan televiziya aparıcısı olmaq istəyirdim. Bilirdim ki, bu olduqca məsuliyyətli və çətin bir peşədir. Ancaq qarşıma məqsəd qoymuşdum və bu işin öhdəsindən gələcəyimə əmin idim. Artıq 21 yaşımda Cənab Prezidentin iştirak etdiyi tədbirlərə gedirdim, xəbərlərin aparıcısı idim. İnsan qarşısına məqsəd qoyanda ona mütləq nail olur. Jurnalistikanı seçdiyimə görə heç vaxt peşiman olmamışam”. Səadət Məmmədova gənc jurnalistlərə məsləhət görüb ki, işlərinin peşəkarı olsunlar: “Hansı sahədə çalışmağınızdan asılı olmayaraq əsas işinizin peşəkarı olun. Əmin olun ki, peşəkar insana hər zaman tələbat var. Peşənizin bütün incəliklərinə yiyələnməyə çalışın”. Səadət Məmmədova “Yeni Media Akademiyası”nın tələbələrini “Yurd TV” yə dəvət edib: “Mən sizi “Yurd TV” yə dəvət edirəm. Düşünürəm ki, praktik olaraq xəbərlərin hazırlanması, efirə verilməsini izləmək maraqlıdır və bu prosesi əyani görməyiniz mütləqdir. “Yurd TV” xəbər buraxılışlarının hazırlanmasında iştirak edib, praktik qabiliyyətlərinizi artıra bilərsiniz”. 2 saat davam edən görüş gənc jurnalistlərin suallarıyla davam edib.
OXŞAR XƏBƏRLƏR