Səbail rayonunda jurnalistlərlə görüş keçirildi - FOTOLAR

Səbail rayonunda jurnalistlərlə görüş keçirildi - FOTOLAR
MEDİA
16:28 17.07.2014
1193

Kütləvi inflormasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verilən Səbail rayon İcra Hakimiyyəti tərəfindən Səbail rayon İcra Hakimiyyətində Milli Mətbuat günü ərəfəsində Azərbaycan Mətbuat Şurası, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun və  60-dan çox TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə ənənəvi tədbir-görüş keçirilmişdir.

Görüşü giriş sözü  ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlamış və bildirmişdir ki, bu il artıq 139 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.

Asif Əsgərov vurğulamışdır ki, Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində plyuralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb. KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşmış, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılıb. Ulu öndərin müvafiq Fərmanı ilə mətbuat üzərində senzura ləğv edilmiş, qəzetlərin «Azərbaycan» nəşriyyatına olan borcları əvvəlcə dondurulmuş, sonradan isə birdəfəlik olaraq ləğv edilib. 

Qeyd edilmişdir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün onun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. 

 Dövlət başçısının dərindən düşünülmüş, müdrik siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilən Azərbaycanda bu gün medianın inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayan icra başçısı bildirmişdir ki, ölkə başçısının sərəncamına əsasən keçən il KİV nümayəndələri   üçün yaşayış binası tikilərək Milli Mətbuat günündə cənab Prezidentin iştirakı ilə istifadəyə verilmiş, həmin gün yeni binanın da təməli qoulmuşdur. Asif Əsgərov bu binaların məhz Səbail rayonunda yerləşməsini də əlamətdar hal kimi qeyd etmişdir. 

KİV-lərlə RİH hakimiyyəti arasında sıx əlaqələrdən danışan A.Əsgərov bildirmişdir ki, 2012-ci ildə KİVDF ilə birgə «Mətbuat-cəmiyyət münasibətlərinin inkişafı» mövzusunda tədbir və «Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər» mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirilmiş, müsabiqədə rayonla bağlı geniş və oxunaqlı materiallar çap olunmuşdur.

Səbail rayon İcra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri  İsrafil Kərimov bir il ərzində RİH tərəfindən mətbuatla bağlı görülən işlərlə bağlı analitik hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov kütləvi informasiya vasitələri nümayəndələrinin işi, qəzet və elektron informasiya vasitələrinin bu cəmiyyətdəki rolu, dövlət tərəfindəni onlara göstərilən qayğı barədə məlumat vermiş, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışmışdır.

Tədbirdə Səbail rayon İcra Hakimiyyəti və KİVDF ilə birgə  yeni  fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi qərara alınıb. 

Jurnalistlərdən Atif Eyvazov, Nahid Canbaxışlı, Elməddin Muradlı, Səbinə Əliqzı, Şəmşad Ağa və başqaları onları maraqlandıran suallar vermiş, tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildirilib.

Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə 60-dan çox  KİV nümayəndəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələri təqdim olunub.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kürdəmirdə yol qəzası olub, ölən var
15:43 24.08.2025
Kürdəmirdə yol qəzası olub, ölən var
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
15:21 24.08.2025
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
15:04 24.08.2025
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var