Səbaildə möhtəşəm gül bayramı keçirilib

Səbaildə möhtəşəm gül bayramı keçirilib
Bütün Xəbərlər
15:15 09.05.2015
2040
Paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olamsının 92 illiyinə həsr olunmuş ənənəvi gül bayramı keçirilib. 
AZXEBER.COM-un verdiyi məlumata görə, bu əlamətdar bayramla əlaqədar şəhərin mərkəzindəki "Sahil bağı"nda lazımi abadlıq işləri aparılıb, park başdan-başa yenilənib, buradakı fəvvarələrin ətrafı güllərlə bəzədilib, parkın skamyalarına güllərdən hazırlanmış 20-dən çox müxtəlif mövzularda kompozisiyalar düzülüb.
Bayramın gözəl və yaddaqalan keçməsi üçün rayonun orta məktəbləri və məktəbəqədər təhsil müəssisələri tərəfindən ciddi hazırlıq tədbirləri görülüb. Rayonun ali, orta və orta ixtisas məktəblərinin, səhiyyə müəssisələrinin, Uşaq yaradıcılıq mərkəzinin şagirdləri müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, aplikasiyalar, gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilib, şagirdələrin fantaziyaları və imkanları nümayiş etdirilib, bayramda iştirak edən Bakı sakinlərinin və şəhərimizin çoxsaylı qonaqlarının diqqətini cəlb edib.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli məclisin Komitə sədri, akademik Ziyad Səmədzadə, energetika naziri Natiq Əliyev və digər qonaqlar rayonun idarə və təşkilatlarının, ictimai təşkilatlarının, ali, orta və məktəbəqədər təhsil müəssisələrinin, rayon ictimaiyyəti nümayəndələrinin toplaşdığı "Sahil bağı"nı gəzib, maraqlı gül ekspozisiyaları ilə tanış olub, bayramın iştirakçıları ilə səmimi söhbətlər ediblər.
Sonra Bakı şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirilib, əl işləri onlara xoş təsir bağışlayıb.
"Sahil bağı" nağıllar və gözəllik aləmini xatırladırdı. Çiçəklərlə bəzədilmiş dekorativ arka parkın girişinə xüsusi yarayış verirdi. Parkdakı fəvvarələr tər güllərlə bəzədilmiş, gözəl və rəngarənc gül kompozisiyaları, güldən hazırlanmış müxtəlif fiqurlar arasında Ümummilli liderimiz Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyevanın güllərdən hızırlanmış portretləri, onlarla bağlı digər gül kompozisiyaları, Bakı şəhərinin və paytaxtın mərkəzi rayonu olan Səbail rayonun simvolu olan Qız qalasının, Bakı şəhərinin gerbinin, paytaxtımızın simvoluna çevrilən "Alov Qüllələri" Kompleksinin, "Səbail" gəmisinin, iyun ayında Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunlarının güllərdən hazırlanmış simvolları – Nar və Ceyran, oyunların məşəli, tovuz quşu, Günəş və digər fiqurların güldən hazırlanmış və güllə işlənmiş maketləri, bayram iştirakçılarının diqqətini xüsusilə cəlb edib. Parkdakı kompozisiyalar insanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin dili ilə baxmağa vadar edib.
Rayondakı Dövlət İqtisad, Pedaqoji və Qərb universitetlərinin, 17 orta məktəbin, 17 uşaq bağçasının, 2 Uşaq yaradıcılıq və texniki yaradıcılıq mərkəzinin şagirdlərinin, səhiyyə və rayonun bir sıra digər təşkilat və müəssisələrinin kollektivlərinin nümayiyiş etdirdikləri gül kömpozisiyaları, müxtəlif heyvanların, tarixi yerlərin güldən hazırlanmış maketləri və şagirdlərin hazırladıqları müxtəlif materiallardan işlənmiş sənət nümunələri, tədqiqatçı jurnalist Təbriz Vəfalının çöp və xırda taxta parçalarından hazırladığı müxtəlif əl işləri iştirakçılarda daha xoş təəssürat yaratmışdır. Təsviri incəsənətlə məşğul olan məktəblilərin asfalt üzərində çəkdiyi şəkilləri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Bayram zamanı orta və məktəbəqədər təhsil müəssisələrinin güllərdən və müxtəlif əlvan materiallardan hazırlanmış geyimli uşaqları Ulu öndərimizə, xalqımıza, vətənimizə həsr olunmuş şer və mahnılarla qonaqlar qarşısında çıxış ediblər.
Müdrik rəhbərin təbiətə, gözəlliyə sevgisi, Azərbaycan təbiətini qorumaqla bağlı tövsiyələri bu gün də məhəbbətlə qarşılanır. Ümummilli lider Heydər Əliyevin təbiət, gözəlliklə bağlı arzuları, ideyaları onun layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla gerçəkləndirilir.
Parkın bir hissəsində quraşdırılmış səhnədə respublikamızın populyar incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri və rayonun musiqi məktəblilərinin kollektivlərinin iştirakı ilə bütün gün ərzində davam edən konsert proqramı tədbiri daha baxımlı və maraqlı edib.
OXŞAR XƏBƏRLƏR