Səbaildə Novruz Bayramı ilə əlaqədar kimsəsizlərə yardımlar edildi

Səbaildə Novruz Bayramı ilə əlaqədar kimsəsizlərə yardımlar edildi
Bütün Xəbərlər
20:16 19.03.2015
1132

Xalqımızın əziz bayramlarından olan Novruz Bayramı Azərbaycanda çox böyük təmtəraqla keçirilir. Bu işlər paytaxtımızın paytaxtı sayılan Səbail rayonunda da geniş şəkildə qeyd olunur. Əlamətdar bayramın rayonda təntənəli və yaddaqalan olması ilə bağlı RİH tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və onun icrası müvəffəqiyyətlə həyata keçirilir.

Bayram ərəfəsində rayonda geniş abadlıq quruculuq işləri, o cümlədən qəsəbələrdə, istirahət parkları, həyətlər, küçələrdə təmizlik işləri, hər yerdə göz oxşayan bayram tərtibatı aparılmış, orta və məktəbəqədər təhsil müəssisələrində baharın gəlişinə həsr olunmuş tədbirlər, rayonun qəsəbə mədəniyyət evləri, digər mədəniyyət ocaqlarında bayram tamaşaları hazırlanmışdır.

Novruz bayramına həsr olunmuş tədbirlər çərçivəsində rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələr, məcburi köçkünlərə qayğı diqqət mərkəzində saxlanılmışdır. Bu qəbildən olan ailələrin bayrama hazırlıq işlərində Səbail rayon İcra Hakimiyyəti ilə yanaşı rayonda yerləşən idarə və təşkilatlar, bələdiyyələr, xüsusilə də ənənəvi olaraq belə xoş məramlı tədbirlərdə yaxından iştirak edən iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə rayonda yaşayan aztminatlı ailələr üçün zəruri ərzaqlardan ibarət bağlamalar təşkil olunmuşdur.

Novruz bayramı tədbirləri çərçivəsində rayonda keçirilən tədbirlərdən biri 20-ci yaşayış sahəsindəki «Elay» restoranında Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Qızıl Aypara, Gözdən Əlillər, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və «Sodrucestvo» cəmiyyətlərinin rayon şöbələrinin rəhbərləri və üzvləri, yataq xəstələrinə xidmət göstərən sosial xidmət işçiləri, rayon bələdiyyələrinin nümayəndələri, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı və Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmişdir.

Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev tədbir iştirakçılarını salamlayaraq, onları sevimli Novruz Bayramı münasibəti ilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyəti xüsusi olaraq vurğulamışdır. O, bayramla bağlı rayonda görülən işlər barədə məlumat verərək bildirilmişdir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri cəbhə bölgəsində, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgərlərimizin qonağı olmuş və onların bayramlarını təbrik etmək üçün xeyli sovqat apararaq böyük konsert proqramı təşkil etmişlər.

Əziz bayramla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanmış ərzaq bağlamaları ilk növbədə yardıma ehtiyacı olan ailələrə – şəhid, əlil, ərazidə yerləşən yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələri, tənha, kimsəsiz və s. aztəminatlı ailələrin üzvləri üçün nəzərdə tutulub və növbəti 2 gün ərzində ümumilikdə 5000-dən çox ailəyə təqdim olunacaqdır.

Tədbirdə çıxış edən Veteran və Ağsaqqallar Şuralarının rəhbərləri, məcburi köçkünlərin, ictimai birliklərin nümayəndələri, iş adamları və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Novruz Bayramı münasibəti ilə rayonun Badamdar və Bibiheybət qəsəbələrində qəsəbə Mədəniyyət evləri və tanınmış incəsənət xadimlərinin iştirakı ilə sakinlər və qəsəbələrdəki hərbi hissələrin şəxsi heyəti üçün əyləncəli bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmişlidə həmkəndlisini qətlə yetirməkdə ittiham edilən tələbəyə hökm oxunub
21:52 15.08.2025
İmişlidə həmkəndlisini qətlə yetirməkdə ittiham edilən tələbəyə hökm oxunub
“Qalatasaray” Sançezlə müqavilənin müddətini uzatdı
21:51 15.08.2025
“Qalatasaray” Sançezlə müqavilənin müddətini uzatdı
İranda ailə faciəsi: 10-a yaxın insan güllələnərək öldürüldü
21:42 15.08.2025
İranda ailə faciəsi: 10-a yaxın insan güllələnərək öldürüldü
Ekspertlər Alyaskadakı görüşdə Putinlə Trampın bədən dilini analiz edəcəklər
21:39 15.08.2025
Ekspertlər Alyaskadakı görüşdə Putinlə Trampın bədən dilini analiz edəcəklər
Azərbaycan nümayəndəsi BMT-nin CERF Məsləhətçi Qrupuna SEÇİLDİ
21:33 15.08.2025
Azərbaycan nümayəndəsi BMT-nin CERF Məsləhətçi Qrupuna SEÇİLDİ
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
21:14 15.08.2025
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
21:06 15.08.2025
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
20:54 15.08.2025
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
20:48 15.08.2025
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
20:35 15.08.2025
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
20:29 15.08.2025
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
20:20 15.08.2025
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
20:14 15.08.2025
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
20:09 15.08.2025
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
19:51 15.08.2025
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib
19:38 15.08.2025
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib