Səbailin başçısı əsgərlərlə qalstuksuz görüşdü - FOTOLAR

Səbailin başçısı əsgərlərlə qalstuksuz görüşdü -  FOTOLAR
Bütün Xəbərlər
18:15 27.06.2013
5158

24 iyun 2013 – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95 illik yubileyi ilə əlaqədar Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayon ilə çox dostluq və möhkəm əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki “N” saylı hərbi hissəsinin də qonağı olublar.Hərbi hissənin həyətində təşkil olunmuş tədbirdə Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri ilə yanaşı Bərdə rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Hərbi hissədəki tədbiri açıq elan edən hərbi hissə komandiri, polkovnik-leytenant Məzahir Ağayev qonaqları salamlamış, tədbirin əhəmiyyətini vurğulayıb.

Görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Azərbaycan Silahlı Qüvvələrinin 95 illik yubileyi münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. Natiq ölkə rəhbərliyi tərəfindən aparılıan ordu quruculuğu, silahlı qüvvələrin bütün qoşun növlərində baş vermiş müsbət dəyişikliklər barədə məlumat verib, Daxili Qoşunlarla Səbail rayonu arasındakı dostluq əlaqələri və keçirilən birgə tədbirlər barədə danışıb.

Bərdə rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev də öz növbəsində əsgər və zabitləri Silahlı Qüvvələrin yaranma günü münasibəti ilə təbrik edib, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb.

Hərbi hissənin şəxsi heyətinə Səbail RİH-nin qiymətli hədiyyələri təqdim olunub.

Sonda hərbi hissədə Bakıdan gəlmiş incəsənət xadimlərinin iştirakı ilə bayram konserti təşkil olunub. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün hər iki rayonun rəhbərliyinə və ictimaiyyətinə öz minnətdarlıqlarını bildirib, Səbail və Bərdə rayon İcra Hakimiyyətilərinə hərbi hissənin Fəxri fərmanları təqdim olunub.Maraqlıdır ki, Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov və digər rəhbər vəzifəli şəxslər qalstuksuz, bir qədər qeyri-rəsmi formada görünütülənib. Bu addım əsgərlər tərəfindən rəğbətlə qarşılanıb.Görüşdən fotoları təqdim edirik: 

OXŞAR XƏBƏRLƏR