Səbinə Maltaya gedir

Səbinə Maltaya gedir
MƏDƏNİYYƏT
10:19 01.05.2012
1933
Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Səbinə Babayeva Londonda keçirilən "Eurovision Party"də çıxış edib.
AZXEBER.COM-un mwsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Səbinə 300 pərəstişkarının və Londonda yaşayan Azərbaycanlıların olduğu zalda "When the Music Dies" mahnısını səsləndirib. Azərbaycan təmsilçisi auditoriyanın səmimi atmosferindən təsirləndiyini bildirib və Böyük Britaniyanın Eurovision 2012 təmsilçisi Engelbert Hamperdinkin "Quando, Quando!" mahnısını a-capella ifa edib.Azərbaycan təmsilçisi həmçinin Böyük Britaniyanın BBC Channel 4, CNN International telekanallarına müsahibə verib. Jurnalistlər təkcə Səbinənin performansı ilə deyil, həm də Bakının Eurovision 2012-yə hazırlıqları ilə maraqlanıblar.Onu da əlavə edək ki, təmsilçimiz London səfərini başa vurduqdan sonra mayın 3-5-də Maltada səfərdə olacaq.
OXŞAR XƏBƏRLƏR