Səbinə mayın 25-də keçirilən ikinci mətbuat konfransını “Eurovision 2012” müsabiqəsinin finalına çıxa bilməyən bütün iştirakçılara minnətdarlıq sözləri və alqışlarla başladı. Müğənni inanılmaz çıxışlarına və göstərdikləri istedada görə hamıya minnətdarlığını bildirdi.
AZXEBER.COM-averilən məlumata görə, Səbinə dərin hörmət əlaməti olaraq, özü ilə bu il finalda çıxış etməyən 16 ölkənin bayraqlarını gətirmişdi. “Crystal Hall – un səhnəsində çıxış edən hər bir kəs Azərbaycanda keçirilən misilsiz “Eurovision” bayramına öz töhfəsini vermişdir. Sizlər olmasaydınız hər şey bu qədər gözəl keçə bilməzdi”- Səbinə dedi.
Səbinənin Böyük Britaniyalı təmsilçi Engelbert Hamperdinklə birlikdə “Eurovision” müsabiqəsindən sonra duetdə mahnı yazdırmağa hazırlaşdıqlarını təsdiqləməsi mətbuat konfransının keçirildiyi zalda böyük səs-küyə səbəb oldu!
“Bu – inanılmaz olacaq!! Mən artıq çox illərdir ki, uşaqlıqdan onun pərəstişkarıyam. Ümid edirəm ki, ideyamız həyata keçəcəkdir”, - deyə Səbinə fikirləri ilə bölüşdü.
Azərbaycanlı müğənni səsini formada necə saxlaması, “When the Music Dies” balladasını ifa edərkən özünün gələcək səhnə nömrəsi haqda sualları cavablandırdı, paltarına misilsiz videoproyeksiyanı təsvir etdi və muğam əfsanəsi olan Alim Qasımovla bir səhnəni bölüşməkdən qürur hissi duyduğunu bildirdi.