‘Səbinənin sirlərini bilirsinizmi?’

MƏDƏNİYYƏT
16:30 10.04.2012
2177

Azərbaycanın "Eurovision 2012" təmsilçisinin sosial şəbəkədəki rəsmi səhifəsində aprelin 10-dan 20-dək "Səbinənin sirlərini bilirsinizmi?" adlı viktorinaya start veriləcək. Müsabiqənin şərtlərinə görə, həftənin iş günlərində, yəni bazar ertəsindən şənbəyə qədər hər gün saat 14.00-da (Bakı vaxtı ilə) Səbinə Babayevanın rəsmi Facebook səhifəsində istifadəçilərə onunla bağlı bir sual ünvanlanacaq.

AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, İştirakçılardan doğru cavabı operativ və cəld lazımi ünvana göndərmək tələb olunur. İlk 13 düzgün cavabın sahibləri xüsusi hədiyyə qazanacaqlar. Qeyd edək ki, birinci doğru cavab 10, ikincisi 6, üçüncüsü isə 4 xalla qiymətləndiriləcək. Digər 10 cavabın hər birinə 1 xal veriləcək. İki həftə müddətində pərəstişkarlara ümumilikdə 9 sual ünvanlandırılacaq. Müsabiqənin yekun nəticələri aprelin 23-də elə həmin səhifədə nəşr olunacaq. Yeri gəlmişkən, Azərbaycanın ev sahibliyi etdiyi 57-ci Eurovision şousundakı ölkə təmsilçimiz Səbinə Babayeva Budapeştdən Ukraynaya qayıdıb. Müğənninin Macarıstan səfəri uğurlu olub. O, "When The Music Dies" mahnısı ilə qonaq olduğu ölkənin Dövlət Televiziyasında bir neçə şou proqrama dəvət alıb, yerli radiolardan birinə müsahibə verib. Səfər müddətində Səbinə Babayeva Macarıstanın builki şou təmsilçiləri "Compact Disco" qrupunun üzvləri ilə də görüşüb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq