“Seçkinin nəticələrini tanımayacam”

“Seçkinin nəticələrini tanımayacam”
Bütün Xəbərlər
23:11 04.03.2012
1726
Rusiya prezidentliyinə namizəd, Kommunist Partiyasının lideri Gennadiy Zyuqanov prezident seçkilərinin nəticələrini tanımayacağını söyləyib.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə kommunistlərin lideri seçki bitəndən sonra özünün seçki qərargahında keçirdiyi mətbuat konfransında bildirib.  G. Zyuqanov seçkilərin saxtalaşdırıldığını söyləyib. Onun sözlərinə görə, Kommunist Partiyası seçkilərin nəticələrini tanımayacaq: “Biz hesab edirik ki, seçkilər qeyri-legitim və qeyri-şəffaf keçirilib”.
OXŞAR XƏBƏRLƏR