"Sədərək"də biznesmen bıçaqlandı

"Sədərək"də biznesmen bıçaqlandı
SOSİAL
20:54 12.06.2026
501
"Sədərək" Ticarət Mərkəzində bıçaqlanma hadisəsi olub.


AZXEBER.COM "Qafqazinfo"ya istinadla xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzdə Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Vüqar Şikar oğlu Xudaverdiyev paytaxt sakini 1979-cu il təvəllüdlü Faiq Arif oğlu Abbasovla mübahisə edib.

İlkin məlumata əsasən, Vüqar Faiqin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

V.Xudaverdiyev polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb. Araşdırmalar aparılır.

Qeyd edək ki, bıçaqlanan Faiq Abbasov sahibkardır, bir neçə geyim mağazasının sahibidir.
OXŞAR XƏBƏRLƏR