Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin İrana iki günlük rəsmi səfəri başa çatıb. Səfərin sonuncu günü İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının baş katibi Səid Cəlili və xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşlər keçirilib.