Uzun müddətdir Elgiz Əkbərin verilişində ekspertlik edən vəkil Şəfiqə Nağıyeva Tarix Əliyevin (Tolik) proqramına çıxıb.
AZXEBER.COM olay.az-a istinadən xəbər verir ki, "Elgizlə izlə”nin dəyişməz siması bu dəfə "Ümid ilə gəl”də yer alıb.
İzləyicilər Nağıyevanın artıq Elgizin formatı dəyişən layihəsində olmayacağını düşünüblər.
Qeyd edək ki, daha əvvəl OLAY-da yayımlanan xəbərə görə, Elgiz yenidən evlilik verilişi aparacaq. O, proqramı yenə Pərvanə Tahirqızı ilə təqdim edəcək.