Səfir: “Çox şadıq ki, Azərbaycanın İranla sərhəd rayonları işğaldan azad olunub”

SİYASƏT
15:26 27.10.2020
317

Oktyabrın 26-da İranın Azərbaycandakı Səfiri Seyid Abbas Musəvi Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.

Şuradan AZXEBER.COM-a bildirilib ki, MŞ sədri Əflatun Amaşov Azərbaycan-İran münasibətlərinin hazırkı durumundan soz açıb. O bildirib ki, bütün sahələrdə ölkələr arasındakı yüksək səviyyəli əlaqələr Azərbaycanın və İranın media orqanlarının fəaliyyətinə də müsbət təsirini göstərib.

MŞ sədri həmçinin Azərbaycan ordusunun Qarabağ cəbhəsində əldə etdiyi uğurlar barədə söz açıb və qeyd edib ki, bu uğurlar Azərbaycan-İran sərhəd bütövlüyünü təmin edib. Bu isə son dərəcə vacib siyasi məqamdır. "Azərbaycan öz torpaqlarını işğaldan xilas edir. Ölkəmizin işi haqq işidir. Əminik ki, Azərbaycanın cənub qonşusu olan dost İran dövləti də bu mübarizəmizdə bizə mənəvi dəstəkdir. Bunu hiss etmək çox xoşdur”, - deyə Ə.Amaşov vurğulayıb.

Səfir Seyid Abbas Musəvi bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlıdır. İslam Respublikası eyni zamanda Qarabağı da işğal olunmuş ərazi kimi tanımaqdadır. O, İranın müharibə başlayandan Ermənistanla hava və quru yolunu bağladığını bildirib. Hətta strateji əhəmiyyətə malik qida məhsullarının Ermənistana daşınmasının da dayandırıldığını diqqətə çatdırıb. Dağlıq Qarabağda fəaliyyət göstərən İran şirkətləri ilə bağlı yayılan məlumatlarla əlaqədar məsələyə gəlincə, səfir bildirib ki, İran ərazisində qeydiyyatdan keçmiş heç bir hüquqi şəxsin işğal olunmuş ərazilərdə işləmək haqqı yoxdur. Əgər bu sayaq hallar varsa, bunlar İrandan kənarda yaradılmış və qeydiyyatdan keçmiş qurumlardır. "Biz çox şadıq ki, Azərbaycanın İranla sərhəd rayonları işğaldan azad olunub”, - deyən səfir Musəvi ordunun zəfərləri ilə bağlı Azərbaycan xalqını təbrik edib, şəhid olmuş Azərbaycan hərbçilərinin ailələrinə başsağlığı verib.

Səfir Seyid Abbas Musəvi həmçinin bildirib ki, rəhbərlik etdiyi diplomatik missiya hər zaman iki ölkənin media qurumları arasındakı münasibətlərin dərinləşməsinə çalışıb və bundan sonra da təşəbbüslərini davam etdirəcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:42 05.12.2020

Gəncədə “Rəmiş” ləqəbli narkotacir saxlanıldı - Foto

11:22 05.12.2020

Bakıda yaşadığı yeri tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanıldı

11:14 05.12.2020

Azercell RİİB –in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir

10:53 05.12.2020

“Minaya düşdük, dostum “sağsan?” deyə qışqırdı, sonra getdim ki, şəhid olub”

10:44 05.12.2020

Karantində toy edən məşhur iş adamı imiş

10:42 05.12.2020

Özünə Bakıda restoranda ad günü keçirən məşhur model cərimələndi - VİDEO

23:55 04.12.2020

“Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz” adlı vebinar keçirilib

23:44 04.12.2020

Samuxda evdə partlayış olub: Xəsarət alanlar var

23:19 04.12.2020

“Qarabağ” - “Qəbələ” oyununun hakimləri açıqlandı

22:52 04.12.2020

Əvvəl şəhid olduğu deyildi, sonra sağ olduğu üzə çıxdı - Video

22:48 04.12.2020

"Türk qoşunu gedib Xankəndidə post quracaq, bayrağını asacaq, bu mümkündürmü?" — Rasim Musabəyov

22:39 04.12.2020

Gürcü nazir: “Pandemiyaya baxmayaraq BTQ ilə 300 min tona yaxın yük daşınıb”

22:17 04.12.2020

“Qarabağ münaqişəsi Rusiya ilə Türkiyənin ortaq məxrəcə çatmaq üçün yol tapmasına nümunədir”

21:47 04.12.2020

Bakı klubunun legionerində koronavirus aşkarlandı

20:48 04.12.2020

Silahlı Qüvvələrin Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu

20:37 04.12.2020

Deputat: "Sosial proqramlarda şəhid ailələri və qazilərimizə üstünlük veriləcək"