Səfirimiz İran Xarici İşlər Nazirliyinə çağırıldı

Səfirimiz İran Xarici İşlər Nazirliyinə çağırıldı
Bütün Xəbərlər
16:24 18.03.2012
1137
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İran İslam İnqilabı Mühafizəçiləri Korpusu – SEPAH-la əməkdaşlıq edən dəstə üzvlərini ifşa etməsi ilə bağlı Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İran Xarici İşlər Nazirliyinə çağırılıb. APA-nın İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə İran XİN-i etirazını bildirərək Azərbaycan tərəfinin bütün ittihamlarını rədd edib. Bildirilib ki, Azərbaycanın hərəkətləri Naxçıvanda bağlanan üç tərəfli sazişə və iki ölkənin müdafiə nazirlərinin imzaladığı razılaşmaya ziddir. Qeyd olunub ki, “sionist təşkilatlar başqa ölkələrdə də oxşar ittihamları İrana qarşı irəli sürülməsinə təşəbbüs göstərirlər”.
OXŞAR XƏBƏRLƏR