Beynəlxalq Qüds Günü ilə əlaqədar bu gün bir qrup inanclı İsrailin Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirib.İsrail səfirliyi qarşısına toplaşanlar Rəsmi Təl Əvivin Qəzza zolağında apardığı hərbi əməliyyatları pisləyiblər. Kifayət qədər qəzəbli görünən aksiya iştirakçıları dinc fələstinlilərin öldürülməsində əli olan İsrailin müsəlman ölkəsi olan Azərbaycanda diplomatik fəaliyyət aparmamalı olduğunu bildiriblər.Bakı Şəhər Baş Polis İdarəsinin və Yasamal rayon polis İdarəsinin əməkdaşları da etirazçıları bir dəqiqədə olsun gözdən qoymayıblar.Etirazçıların hamısı əraziyə cəlb edilən polis avtobusları ilə ərazidən uzaqlaşdırılıblar. Bu dəqiqə də ərazi polis əməkdaşlarının nəzarətindədir.