Səfurə: 'Səbinə Babayevanın ifa tərzi mükəmməldir'
MƏDƏNİYYƏT
17:29 13.04.2012
2156
Eurovision 2010 təmsilçimiz Safura müsabiqənin ona gətirdiyi uğurdan və yeni dostu Jorjetta barəsində danışıb Azərbaycanı 2010-cu ildə Eurovision Mahnı Müsabiqəsində təmsil edən və 5-ci yeri tutan Safura Əlizadə bu müsabiqənin ona gətirdiyi uğurlardan danışıb. Eurovision.az saytına müsahibə verən Safura, yaradıcılıq yeniliklərindən, builki təmsilçimiz Səbinə Babayevadan, onun "When The Music Dies" mahnısından və Azərbaycanın Eurovision 2012-yə ev sahibliyindən danışıb. "Eurovision mənim həyatımda çox dəyişikliklərlə yadda qaldı. Bu gün artıq məni Avropada tanıyırlar və dinləyirlər. Eurovision 2012 təmsilçimiz Səbinə Babayevanın ifa tərzi mükəmməldir və mən ona uğurlar diləyirəm. Onun müsabiqədə hansı yeri tutması əsas deyil, əsas bütün izləyicilərin rəğbətini qazanmaq və yadda qalmaqdır".