Səhərləri yorğun oyananlar diqqətli olsunlar- Səbəb bu ola bilər

Səhərləri yorğun oyananlar diqqətli olsunlar- Səbəb bu ola bilər
MARAQLI
12:27 06.03.2025
1202
Gün ərzində yuxululuq, diqqət dağınıqlığı və baş ağrısı kimi simptomlar yuxu apnesi səbəbiylə ola bilər.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nevrologiya Mütəxəssisi Dos. Dr. Buse Çağla Arı məlumat verib.
 
O verdiyi məlumatda deyib:
 
"Cəmiyyətdə düşünüləndən daha çox rast gəlinən yuxu apnesi yalnız xoruldama problemi deyil. Yuxu apnesi Alzheimer, insult və ürək xəstəlikləri riskini artırır".
 
Ətraf mühit faktorlarının böyük təsirə malik olduğunu vurğulayan Dos. Dr. Arı bildirib ki, bu problem nəzarət altına alınmazsa, həyat keyfiyyətini ciddi şəkildə aşağı sala bilər:
 
"Həddindən artıq çəki artımı və qeyri-sağlam qidalanma yuxu apnesinin inkişafında mühüm rol oynayır. Xüsusilə insulin müqaviməti, metabolik sindrom, ürək xəstəlikləri kimi hallar maddələr mübadiləsini ləngidir və apnenin əmələ gəlməsini sürətləndirir.
 
Boyun nahiyəsindən başlayan və başın yuxarı hissəsinə doğru yayılan sıxıcı baş ağrıları xəstələrdə xüsusilə səhərlər tez-tez rast gəlinir. Bunun xaricində gün ərzində həddindən artıq yuxululuq, diqqət dağınıqlığı, unutqanlıq kimi şikayətlərlə qarşılaşırıq. Müalicə edilməzsə, gələcəkdə Alzheimer və digər demans xəstəliklərinə yol aça bilər. Bundan əlavə, uzunmüddətli yuxu apnesi işemik xəstəliklərə və ürək-damar xəstəliklərinə səbəb ola bilər.
 
İlk növbədə, bir gecədə yuxu laboratoriyasında polisomnoqrafiya testi ilə xəstəni izləyirik. Yuxu apnesi aşkar edilərsə, PAP cihazı ilə müsbət hava təzyiqi tətbiq edərək xəstənin nəfəsini dayandırmasının qarşısını alırıq. Bu müalicə üsulu xəstənin yuxu zamanı oksigen səviyyəsini balanslaşdıraraq apne hücumlarının qarşısını alır".
 
Oksana
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Vikinq" - "Sabah" matçına start verildi - Canlı
00:08 05.11.2026
"Vikinq" - "Sabah" matçına start verildi - Canlı
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
00:03 05.11.2026
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib
00:00 05.11.2026
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib
Sabah bir rayonda qaz olmayacaq
23:56 04.11.2026
Sabah bir rayonda qaz olmayacaq
Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək"
23:54 04.11.2026
Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək"
"Fənərbağça" "Liverpul"u son dəqiqələrdə məğlub etdi
23:50 04.11.2026
"Fənərbağça" "Liverpul"u son dəqiqələrdə məğlub etdi
“Tramp hələ də sizin prezidentinizdir”
23:45 04.11.2026
“Tramp hələ də sizin prezidentinizdir”
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
23:26 04.11.2026
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
23:04 04.11.2026
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
23:00 04.11.2026
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
22:50 04.11.2026
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
22:44 04.11.2026
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
22:33 04.11.2026
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
22:24 04.11.2026
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
22:04 04.11.2026
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib