Şəhər yollarında kiçikölçülü avtomobillərdən istifadə təhlükəlidir? - VİDEO

Şəhər yollarında kiçikölçülü avtomobillərdən istifadə təhlükəlidir? - VİDEO
SOSİAL
21:18 11.09.2026
51
Son günlər sosial şəbəkələrdə kiçik ölçüləri və fərqli görünüşü ilə seçilən avtomobillər böyük marağa səbəb olub.

AZXEBER.COM Baku TV-yə istinadən xəbər verir ki, qiyməti 9-18 min manat arasında dəyişən bu modellərin bəziləri saatda 80-100 kilometrədək sürət yığa bilir.

Satıcı Muraz Hudulov bildirir ki, ölkəmizdə bu tip avtomobillər əsasən əyləncə və drift məqsədilə istifadə olunur. Xarici ölkələrdə isə onlardan gündəlik nəqliyyat vasitəsi kimi də yararlanırlar.

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, bu nəqliyyat vasitələri oyuncaq deyil və onların idarə olunması üçün müəyyən tələblər mövcuddur.

"Bu avtomobillərin nəqliyyat vasitəsi olması onu istədiyin yerdə, istədiyin yolda istənilən formada sürə bilmək mənasına gəlmir. Bu avtomobillər üçün xüsusi meydançalar, qapalı zonalar tələb olunur. Bu nəqliyyat vasitələrinin idarə edilməsi üçün tələb olunan sürücülük kateqoriyası onların texniki göstəricilərinə və qeydiyyat sənədlərindəki təsnifatına əsasən müəyyən olunur. İstifadədən əvvəl nəqliyyat vasitəsinin statusu və tələb edilən kateqoriya Dövlət Yol Polisində dəqiqləşdirilməlidir".

OXŞAR XƏBƏRLƏR