Şəhid ailəsinə qarşı belə rəzalət görünməmişdi

Şəhid ailəsinə qarşı belə rəzalət görünməmişdi
SOSİAL
16:38 28.04.2016
2281
Zahid Oruc: "Müharibə gedən bir ölkədə şəhid ailəsinə çatacaq vəsaitin hansısa məmurlar tərəfindən yeyilməsi utancvericidir. Hansı şəraitdə ölməsindən asılı olmayaraq, xidməti borcunu yerinə yetirərkən həlak olan əsgər şəhiddir"
Ülkər Abdullayeva, Sputnik Azərbaycan
Müharibənin dəhşətlərini yaşadığımız, şəhidləri bayrağa büküb torpağa verdiyimiz, onların doğmalarını təsəlli etməyə söz tapmadığımız bu günlərdə, bir şəhid ailəsinin başına gətirilənlərdən yazmaq məcburiyyətindəyik. Hər halda müharibə aparan, torpaqlarının 20 faizdən çoxunun işğal altında olduğu bir ölkədə şəhid ailələrinə hörmətin vacibliyini xırdalamağa ehtiyac yoxdur.
Hələ Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə, Müdafiə Nazirliyinə, hüquq-mühafizə orqanlarına bunu başa salmağa heç ehtiyac olmasın, gərək. Buraxın hörməti, nəvazişi, biz bu yazıda sözügedən qurumların şəhid ailəsinin qanunla təsbit olunmuş hüquqlarını tanımaq, bərqərar etmək istəməməsindən yazacağıq. Hətta yazacağıq ki, yerlərdə oturan xırda məmurların yarıtmaz fəaliyyəti, süründürməçiliyi, bürokratik əngəlləri, başqalarının haqqına girmələri, şəhid ailəsinə ödənilməli olan 3-5 quruşa rəzilcəsinə göz dikmələri nəticəsində, insanlar nə qədər mənəvi işgəncələrə məruz qalırlar. Gəlin şəhid anas Əsli Muradovanın Sputnik-ə göndərdiyi, ürək dağlayan məktubuna nəzər yetirək:
"Balamı geri qaytarsınlar…"
"Həyat yoldaşımı erkən itirmişəm və halal zəhmətimlə 9 uşaq böyütmüşəm. Həyatda heç nə məni övladımı itirməyim və uğrunda şəhid olduğu vətənində məmurların ona qarşı heç bir qanuna, etikaya sığmayan hərəkətləri qədər yaralamayıb. Bu münasibət məni həyatımdan küsdürüb. Amma qərara gəlmişəm ki, son nəfəsimə qədər şəhid balamın haqqını yeyənlərə qarşı mübarizə aparım.
1995-ci ilin 27 dekabrında oğlum Mübariz Muradovun əsgərlikdən cənazəsi gəldi. Cənazəni gətirən hərbi hissənin zabit heyəti, rayon icra hakimiyyətinin nümayəndələri, "oğlunuz şəhiddir", deyə mənə təskinlik verdilər. O, günlərdə tək təsəllim oğlumun məhz şəhidlik zirvəsinə yüksəlməsi idi. Hərbi hissənin verdiyi arayışda da oğlumun Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olduğu göstərilmişdi. Bərdə rayon İH-dan mənə şəhid ailəsinin vəsiqəsi verilmişdi. "Təkcə mənim övladım şəhid olmayıb ki, elnən gələn qara gün toy-bayramdır" — deyə özüm-özümə təsəlli verirdim. Amma Bərdə rayon ƏSMM mənim yaramın üstünə duz tökdü, balamın şəhid adını şübhə altına aldı.
Əlbəttə, nə şəhid adı, nə də hər hansı imtiyaz, vəsait mənim balamı geri gətirmək qüdrətində deyil. Əgər verə bilirlərsə, balamı geri versinlər. Çünki məndən ötrü dünyada balamdan qiymətli heç nə yoxdur. Əgər balamı geri verə bilmirlərsə, heç olmasa onun ruhunu incitməsinlər, onun anasının, doğmalarının heysiyyatı ilə oynamasınlar".
Arayış üçün bildirək ki, M.Muradov 1995-ci ilin iyulunda hərbi xidmətə çağırılıb. Murovdağda ön mövqedə xidmət edib. 26 dekabrda Azərbaycanın ərazi bütövlüyü uğrunda Murovdağ bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olub.
///Sputnik
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
14:47 05.06.2026
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
14:44 05.06.2026
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır
14:35 05.06.2026
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır
Qadınlar diqqətsiz kişilərə niyə daha çox meyl edir? - ARAŞDIRMA
14:32 05.06.2026
Qadınlar diqqətsiz kişilərə niyə daha çox meyl edir? - ARAŞDIRMA
MEDİA: CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik
14:24 05.06.2026
MEDİA: CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik
Müctəba Xamenei 2000-dən çox məhkumu əfv etdi
14:21 05.06.2026
Müctəba Xamenei 2000-dən çox məhkumu əfv etdi
Təhsil işçilərinə TəhsilPlus kartları təqdim olundu
14:12 05.06.2026
Təhsil işçilərinə TəhsilPlus kartları təqdim olundu