Şəhid əsgər dəfn olundu

Şəhid əsgər dəfn olundu
Bütün Xəbərlər
15:05 03.06.2014
1143
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin dünən şəhid olan əsgəri, 19 yaşlı Zaur Həsənli bu gün torpağa tapşırılıb.
APA-nın xəbərinə görə, şəhidlə vida mərasimi onun ailəsinin Xırdalan şəhərində yaşadığı evdə keçirilib. Daha sonra cənazə evdən qaldırılıb. 
Mərasim Xırdalan qəbiristanlığında davam etdirilib. Dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, hərbçilər, mərhumun yaxınları iştirak edib.
Rituallara uyğun olaraq yaylım atəşi açılıb, daha sonra şəhid torpağa tapşırılıb.
Qeyd edək ki, dünən ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 19 yaşlı Zaur Həsənli düşmən gülləsinə tuş gəlib. Nəticədə əsgər aldığı güllə yarasından şəhid olub.
Qeyd edək ki, Z. Həsənli Tərtər rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR