Şəhid hərbçilərimizin hər birinin ailəsinə 11 min manat veriləcək

Şəhid hərbçilərimizin hər birinin ailəsinə 11 min manat veriləcək
Bütün Xəbərlər
15:23 01.08.2014
2387
Ötən gün cəbhə xəttində ordumuz 9 şəhid verib, 4 hərbçimiz isə yaralanıb.
Şəhid olan hərbçilərimizin ailələrinə 11 min manat sığorta haqqı veriləcək.
AZXEBER.COM publika.az-a istinadən xəbər verir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun tələbinə görə, sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə, onun ailəsinə müəyyən edilmiş sığorta məbləğinin 100 faizi məbləğində sığorta haqqı ödənilir.
Sığorta haqqının məbləği 11 min manatdır.
Xatıradaq ki, ötən gün cəbhə xəttində ordumuz 9 şəhid verib, 4 hərbçimiz isə yaralanıb.
OXŞAR XƏBƏRLƏR