Öülümündən bir neçə saat öncə "Kim oyaqdı?" statusunu paylaşıb.
Xəbər verdiyimiz kimi, fevralın 10-da düşmən təxribatı nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu Quliyev Rahib Nəriman oğlu şəhid olub.
1989-cu il təvəllüdlü şəhid Rahib Quliyevin nəşi son mənzilə yola salınması üçün ailəsinə təhvil verilib.
AZXEBER.COM xəbər verir ki, R.Quliyev sosial şəbəkələrdən aktiv istifadə edən gənclərdən olub. Onun ölümündən bir neçə il öncə yazdığı statusda deyilir:
“Bu həyatda ölüm deyilən, hamının qorxu hissinə çevrilən, bəzi insanların gözündə adiləşib. Bəlkə də onlar düz edir, bu zibil həyatda yaşamaqdansa…”.
AZXEBER.COM portal 27 yaşlı şəhidin fotolarını təqdim edir. Allah rəhmət eləsin!





