Şəhidimizin 9 aylıq övladı var imiş: Ailəsində daha bir şəhid və itkin var

SOSİAL
11:59 16.02.2020
4382
Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Seymur Ələsgərovun Gəncə şəhərində vida mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Ələsgərov Seymur Eldar oğlunun vida mərasimi keçirilib. Mərasimdə yaxınları, komandirləri, döyüş yoldaşları, Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri, idarə rəhbərləri, polis və prakurorluq əməkdaşları, həmçinin şəhər sakinləri iştirak edib.

S.Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub və 9 aylıq oğlu var.

Seymurun əmisi Ələsgərov Çingiz Adil oğlu 1992-ci ildə Şuşada itkin düşüb.
Seymurun atasının əmisi oğlu Ələsgərov Sərhəd Hümbət oğlu isə 1993-cü ildə Ağdərədə şəhid olub 

Böyük qardaşı da hərbçidir.

OXŞAR XƏBƏRLƏR