Şəhidin anası da vəfat etdi - FOTO

Şəhidin anası da vəfat etdi - FOTO
SOSİAL
10:53 26.04.2025
2442
Vətən müharibəsi şəhidi Rüfət Şabanovun anası vəfat edib.

AZXEBER.COM xəbər verir ki, şəhidin anası Kifayət xanım dünyasını dəyişib.

Mərhum yaşadığı Abşeron rayonu Ceyranbatan qəsəbəsində dəfn edilib.

Bir neçə il əvvəl şəhidin atası Rauf Şabanov da vəfat edibmiş.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Rüfət Rauf oğlu Şabanov 2020-ci il sentyabrın 27-də Kəlbəcər – Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Ceyranbatan qəsəbəsində torpağa tapşırılıb.

Ölümündən sonra "Hərbi xidmətə görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Vətən uğrunda” medalları ilə təltif edilib.//Qafqazinfo

 




OXŞAR XƏBƏRLƏR