Şəhidin cənazəsi dəfn olunması üçün Naxçıvana yola salındı - VİDEO

Şəhidin cənazəsi dəfn olunması üçün Naxçıvana yola salındı -  VİDEO
Bütün Xəbərlər
16:32 24.01.2014
1500

Cəfərov Elnur Cəfər oğlu göstərdiyi şücaətə görə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib”

Dini mərasimdən sonra şəhid Elnur Cəfərovun cənazəsi doğulduğu Şərur rayonuna göndərildi. Heydər Əliyev hava limanında şəhidin cənazəsi yola salmağa gələnlər arasında yaxınları ilə bərabər sadə vətəndaşlar, döyüş yoldaşları, Müdafiə Nazirliyinin nümayəndləri var idiŞəhidin xalası oğlu, Anar Əsgərov: “Şəhid Elnur Cəfərov Şərur rayonunda şəhidlər xiyabanında dəfn ediləcək. Naxçıvan Muxtar Respublikasında Şəhidin dəfni üçün xüsusi hazırlıq görülüb. 1996-cı il tarixində hərbi xidmətə çağırılan kapitan Elnur Cəfərov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə kapitan Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib”.
 
OXŞAR XƏBƏRLƏR