xari

Şəhidin vida mərasimində nənəsi ürəktutmadan öldü

SOSİAL
15:51 22.01.2021
1903
Cəlilabad rayonunda şəhidlə keçirilən vida mərasimində onun nənəsi ürəktutmasından dünyasını dəyişib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şiləvəngə kəndində qeydə alınıb.

Belə ki, nəşi yeni tapılan Vətən müharibəsi şəhidi, leytenant Şükürlü Elvin Azad oğlu ilə bu gün yaşadığı kənddəki evində vida mərasimi keçirilib. Mərasim zamanı şəhidin nənəsi ürəktutmasından vəfat edib.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü leytenant Elvin Şükürlü Vətən müharibəsinin ilk günlərində Kəlbəcər istiqamətində itkin düşmüşdü. Şəhidin nəşi vida mərasimindən sonra dəfn olunması üçün ailəsinin yaşadığı Bakı şəhərinə aparılacaq və orada dəfn ediləcək.

Allah rəhmət eləsin!
 

OXŞAR XƏBƏRLƏR