"Şəhidlər ölməz, vətən bölünməz" layihəsi başa çatıb

GƏNCLİK
10:05 30.06.2015
2155
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşan "Şəhidlər ölməz, vətən bölünməz" layihəsi yekunlaşıb. 
AZXEBER.COM xəbər verir ki, layihə iştirakçıları son olaraq Şəhidlər xiyabanını ziyarət edib və şəhid məzarlarına tər çiçək dəstələri qoyublar.
Gənclərə şəhidlərimizin göstərdiyi qəhrəmanlıqdan söz açılıb. Onların Azərbaycan xalqının taleyində oynadığı rol xatırlanıb. Daha sonra layihə iştirakçıları maarifləndirmə aksiyası keçirib. Bakı sakinlərinə Milli Qəhrəmanlarımızdan bəhs edən bukletlər paylanılıb.

OXŞAR XƏBƏRLƏR