Bakıda intihar edən tələbəni ölümə sürükləyən səbəb ortaya çıxdı. Dünən özünü Şəhidlər xiyabanında asan Azərbaycan Texniki Universitetinin tələbəsi Ağalar Ağalarlının ölümündə günahkarın müəllim olduğu iddia edilir.
Mərhumun qohumları Milli.Az-a bildiriblər ki, 19 yaşlı A.Ağalarlının özünə qəsd etməsi nə sevgi, nə də kasıblıq olub. Onun qiymətini təhsil aldığı universitetin müəllimi kəsib. İmtahandan kəsiri olan Ağalar bu barədə anasına deməyə utanıb və özünü asıb.
A.Ağalarlı müəllim oğludur. Anası müəllim işləyən Ağaların atası bir neçə il əvvəl rəhmətə gedib.
Səbail Rayon Prokurorluğu A.Ağalarlının özünə qəsd etməsinin səbəbini gizlədir.

