Səhiyyə Nazirliyi əhali arasında kütləvi virusun yayılmasının səbəblərini açıqladı

Səhiyyə Nazirliyi əhali arasında kütləvi virusun yayılmasının səbəblərini açıqladı
SAĞLAMLIQ
13:03 10.01.2022
882
Səhiyyə Nazirliyi son zamanlar Azərbaycanda insanlar arasında kütləvi virusun yayılmasının səbəblərini açıqlayıb.

Nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov "Report”a bildirib ki, hazırda həm uşaqlar, həm də böyüklər arasında yüksək hərarət və digər oxşar əlamətlərlə özünü büruzə verən respirator virus infeksiyaları yayılıb.

"Əhali arasında kütləvilik təşkil edən xəstəlik mövsümü xarakter daşıyan kəskin respirator virus infeksiyalarıdır. Bu viruslar da adətən soyuq aylarda alovlanır və say artır. Hər il demək olar eyni mənzərə müşahidə edilir və bu il də istisna deyil”, - o vurğulayıb.

Nazirlik rəsmisi bildirib ki, əvvəlki illərlə müqayisədə indi rəqəmlərdə artım var: "Buna səbəb əvvəlki illərdə pandemiyaya görə bir sıra qapanmaların olmasıdır. Hazırda isə bir çox qadağalar aradan qaldırılıb. Bunu nəzərə alsaq hazırda ölkədə mövsümü virusa yoluxma səviyyəsi əvvəlki illərdə qeydə alınan göstəricilərlə eyni səviyyədədir. Yəni indiki kütləvi xəstələnmə mövsümü xarakter daşıyır. Hesab edirəm ki, müəyyən vaxtdan sonra belə xəstələrin sayı azalacaq”.

Mütəxəssis eyni zamanda əhaliyə müraciət edib: "Əgər insanlarda yüksək hərarət, baş ağrısı, burun axması, öskürək və s. kimi əlamələtlər olsa, ilk növbədə özlərini təcrid etsinlər və başqa şəxslərlə mümkün qədər təmasları azaltsınlar. İmkan daxilində ayrı otaqda qalmaq lazımdır və digər ailə üzvləri ilə təmas kəsilməlidir. Virusa yoluxan şəxsin özü və ailə üzvləri maska taxmalı, sonra həkimə müraciət edilməlidirlər. Lazım gələrsə ondan koronavirus əleyhinə test götürə bilər. Məktəbə və ya bağçaya gedən uşağı olan valideynlər daha diqqətli olmalıdır. Əgər kiminsə övladının səhhətində narahatlıq yaranıbsa, onu məktəbə və ya bağçaya göndərmək olmaz. Çünki məktəbyaşlı uşaqlar bu cür infeksiyaların kütləvi yayılmasına səbəb ola bilər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
09:16 11.03.2026
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
09:12 11.03.2026
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
İranda “qara yağış” yağdı - Fotolar
09:06 11.03.2026
İranda “qara yağış” yağdı - Fotolar
Bakı metrosunda tüstülənmə oldu
08:57 11.03.2026
Bakı metrosunda tüstülənmə oldu
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
08:51 11.03.2026
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:46 11.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO