Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, hoteldəki hadisə ilə bağlı müraciətSəhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə 22:06-dadaxil olub: "22:25-də Təcili yardım briqadası hadisə yerində olub.Orta normativlərə görə, Təcili Yardım Xidmətinin yetişmə vaxtı 20 dəqiqə nəzərdə tutulur. Yəni briqada hadisə yerinə nəzərdə tutulmuş vaxtdan da tez çatıb".
Xatırladaq ki, dünən Bakının ən məşhur otellərindən olan "Baku Boulevard hotel"də ölüm hadisəsi baş verib.
AZXEBER.COM-un məlumatına görə, oteldə baş tutan nişan mərasimində iştirak edən qonaqlardan birinin səhhəti qəflətən pisləşib və o yerə yıxılıb.
Otel işçiləri dərhal təcili tibbi yardımı hadisə yerinə çağırsa da, həkimlər 40 dəqiqə sonra otelə giriblər. Xəstəyə ilkin tibbi yardım göstərilsə də, onun həyatını qurtarmaq mümkün olmayıb.
Şahidlərin dediyinə görə, həkimlərin səhlənkarlığı və hadisə yerinə olduqca gec gəlmələrinə görə 48 yaşında olan kişi dünyasını dəyişib.
Hadisə yerindən videonu təqdim edirik: