Səhiyyə Nazirliyindən Bakıda stomatoloji kabinetdə baş verən ölüm hadisəsi ilə bağlı açıqlama gəlib.
AZXEBER.COM-un məlumatına görə, bu gün Cəlilabadda olan nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli jurnalistlərə açıqlamasında Bakıda stomatoloji kabinetdə baş verən ölüm hadisəsi faktına aydınlıq gətirib.A.Qədirli bildirib ki, ilkin versiyaya görə xəstə anifilaktik şok nəticəsində dünyasını dəyişib.“Həkim tərəfdən pasiyentə iynə vurulub. İynədən sonra onun vəziyyəti pisləşib. 6 dəqiqəyə təcili yardım maşını gəlib. Lakin heç nə edə bilməyiblər. Reanimasiya tədbirləri kömək etməyib və pasiyent dünyasını dəyişib. Yəni aqonik vəziyyətdə gəlib tapıblar. İndi prokurorluq tərəfindən araşdırma aparılır, istintaq gedir. Səhiyyə Nazirliyi də öz tərəfindən araşdırma aparır”- deyə, A.Qədirli deyib.Qeyd edək ki, ötən gün Bakıda stomatoloji kabinetdə ölüm hadisəsi baş verib. "VİP Dental" stomatoloji kabinetində dişlərini müalicə etdirən 1966-cı il təvəllüdlü Elçin Məmmədov iynə vurulandan sonra qəflətən vəfat edib. Dünyasını dəyişən şəxsin ölümünün səbəblərini müəyyənləşdirilməsi üçün mərhumun meyiti ekspertizaya göndərilib. Hadisəsi ilə bağlı cinayət işi açılıb.