Səhiyyə Nazirliyindən “WhatsApp”da yayılan qorxulu şayiəyə -REAKSİYA

Səhiyyə Nazirliyindən “WhatsApp”da yayılan qorxulu şayiəyə -REAKSİYA
Bütün Xəbərlər
11:38 15.10.2015
2485
“Bu səpkili məlumatlar vaxtaşırı müxtəlif dövlətlərdə də yayılıb”.
Dünəndən bəri sosial şəbəkələrdə “Təcili hamı ilə paylaşın!” başlığı altında xəbər yayılır.
AZXEBER.COM  xəbər verir ki, Lent.az-ın məlumatına görə, xəbərdə deyilir ki, guya 3-12 yaşlı 12 uşaq qəflətən keçinib:
“Yarılma nəticəsində məlum olub ki, uşaqların hamısı dərman preparatından baş verən allergiyanın qurbanı olub. Reaksiya o qədər ciddi olub ki, uşaqlardan heç birini xəstəxanaya çatdırmaq olmayıb. Onlar ya evdə, ya da xəstəxana yolunda keçiniblər.
Hazırda polis iş üzrə araşdırma aparır, amma bütün dərman preparatlarını satışdan götürmək mümkün olmayıb.
Məlum olub ki, uşaqların qəbul etdiyi bütün dərman vasitələri ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib və təhlükəli saxta məhsuldur”.
Elanda uşaqların qəfil ölümünə səbəb olan dərmanların siyahısı da verilib: Amoksiçilin ( Амоксициллин), Kapesula ( Капесула), Ubuprofen, Alklofenak, Sumamed, İnqalipt, Аntisept, İnflyusid, uşaq Panadolu, Sanasol.
Yuxarıda adları verilən dərman preparatlarının qəbulu haqqında da məlumat verilib: “Bu dərmanların heç olmasa bir ay, yəni aptekdən bütün məhsullar götürülənədək qəbulunu məhdudlaşdırın. Əgər hər hansı allergiya ilə qarşılaşarsınızsa, 0,5- 1 həbb Кеtotifen və ya 10-15 damcı Fenistil qəbul etmək lazımdı”.
Dünən axşamdan başlayaraq hər kəs öz tanışı olan uşaqlı analara bu məlumatı göndərir.
Məlumat sürətlə yayılıb və əhali arasında təşvişə səbəb olub.
Səhiyyə Nazirliyindən verilən açıqlamada bu məlumatların tamamən yalan olduğu, əhali arasında təşviş yaratmağa xidmət etdiyi bildirilib:
“Bu səpkili məlumatlar vaxtaşırı müxtəlif dövlətlərdə də yayılıb. Rusiyada, Qazaxıstanda, Gürcüstanda, eləcə də bizdə. Ötən il, elə iki ay öncə də bizdə belə yanlış məlumat yayılmışdı. Bunun nə mənbəyi, nə də əsası var. Bu, sadəcə əhali arasında təşviş yaratmağa xidmət edən absurd bir məlumatdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edildi - Fotolar
20:21 28.08.2025
Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edildi - Fotolar
Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar
20:08 28.08.2025
Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
19:40 28.08.2025
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
19:20 28.08.2025
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
19:09 28.08.2025
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
18:59 28.08.2025
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
18:46 28.08.2025
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
18:35 28.08.2025
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
18:21 28.08.2025
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
18:10 28.08.2025
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
17:58 28.08.2025
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
17:46 28.08.2025
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
17:36 28.08.2025
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
17:34 28.08.2025
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
17:29 28.08.2025
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu
17:26 28.08.2025
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu