Səhiyyəmizdə daha bir inanılmaz hadisə: əməliyyat olunmuş xəstənin qarnından 10 ədəd həkim əlcəyi çıxdı

Səhiyyəmizdə daha bir inanılmaz hadisə: əməliyyat olunmuş xəstənin qarnından 10 ədəd həkim əlcəyi çıxdı
SOSİAL
19:16 20.01.2017
29829

"Samiri təzədən əməliyyat etdilər, yaradan 10 ədəd tibbi əlcək çıxartdılar. Həkimlər şokdaydı”.

Oqtay Abbasov danışır ki, ötən ilin yanvarında yaxın qohumu, 26 yaşlı Samir Məmmədov Gəncədəki 3 saylı xəstəxanada kor bağırsağından əməliyyat olunub. Uğursuz əməliyyat ötən 1 ildə Məmmədovlar ailəsinə hansı acıları yaşadıb, Oqtay Abbasovdan eşidək:

"ELƏCƏ ÇİRK AXIRDI”

"Gənc Samiri xəstəxananın cərrahı Səfər Əkbərov əməliyyat etdi. Əməliyyatdan sonra yara sağalmaq bilmədi, eləcə çirk axırdı. Dəfələrlə həmin xəstəxanaya qaytardıq ki, çirkə görə bir əlac etsinlər, ancaq cərrahın əlindən heç nə gəlmirdi”.

Səfər Əkbərov yarası sağalmaq bilməyən xəstəni ikinci dəfə əməliyyat stoluna çıxarıb. Ancaq bu dəfə də müsbət nəticə əldə olunmayıb. Əksinə, yaradakı iltihab daha da güclənib. Xəstənin ailə üzvləri onu Bakıya gətirməli olub:

"Yenə cərraha müraciət edəndə dedi ki, ‘mən əlimdən gələni etmişəm, gerisi mənlik deyil’. Biz də məcbur qalıb Samiri Bakıya gətirdik. Əvvəl Topçubaşov adına xəstəxanada əməliyyat olundu. Cərrah şokdaydı, yaradan düz 10 ədəd tibbi əlcək çıxartmışdı. Bu barədə əvvəlki cərrah Səfər Əkbərova bildirəndə dedi ki, bu əlcəklər çirkin qarşısını almaq üçün qoyub. Biz cərrahın dediklərini başqa cərrahlara bildirəndə güldülər, dedilər, ‘o cərrah sizi ələ salıb’”.

BİR BÖYRƏYİ ÇIXARILIB

İlk cərrahiyyə əməliyyatının uğursuzluğu üzündən sonrakı əməliyyatlar da nəticə verməyib. Xəstənin ailəsi bu dəfə Milli Onkologiya Mərkəzinə müraciət ediblər. Samir burada bir daha əməliyyat olunub. İndiyədək də Onkologiya Mərkəzində çirkin mənbəyinin qurudulması üçün kimyaterapiyalar və başqa müalicələr qəbul edir. Hətta fəsadlar başqa orqanlara da zərərsiz ötüşməyib. Samirin bir böyrəyi çıxarılıb.

Samirin ailəsində onun ölkə daxilində tam sağalacağına ümid qalmayıb. Lakin onu ölkə xaricinə aparmağa maddi vəsait də tükənib. Ailə üzvləri düşünürlər ki, vəziyyətin bu yerə çatmasının səbəbkarı Samiri ilk cərrahiyyə əməliyyatı etmiş cərrahdır. Onlar Samirin İranda müalicəsindən ötrü həmin cərrahdan maddi yardım istəyiblər. O isə maddi imkanı olmadığını bildirib.

"İLK DƏFƏ SİZDƏN EŞİDİRİK”

Gəncə şəhər 3 saylı xəstəxanasından "Qaynar xətt”ə bildirilib ki, cərrah Əkbər Səfərov hazırda həmin xəstəxanada işləmir: "Hər halda belə hal olubsa, xəstənin ailəsi məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edə bilər. Ancaq bizim xəstəxanada hansısa cərrahın xəstənin içində əlcək qoyması barədə ilk dəfə sizdən eşidirik”, – xəstəxanadan bildirilib.

Səhiyyə Nazirliyi isə baş verənlər barədə quruma şikayət gəlmədiyini bildirir: "Belə bir faktla bağlı quruma məlumat daxil olmayıb. Yaxşı olar ki, xəstənin ailəsi bizə rəsmi müraciət etsin, araşdırılsın”.

Samir Məmmədovun yaxın qohumu Oqtay Abbasov bildirib ki, yaxın günlərdə həm Səhiyyə Nazirliyinə, həm də hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edəcəklər.

Hüquqşünas Vaqif Alıyev deyir, əgər xəstənin daxilindən 10 ədəd tibb əlcəyi çıxması barədə deyilənlər təsdiqlənsə, həkim məsuliyyətə cəlb oluna bilər.

 
Azadlıq Radiosu
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
19:34 10.10.2026
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
19:29 10.10.2026
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
19:22 10.10.2026
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
19:16 10.10.2026
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
19:10 10.10.2026
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
19:06 10.10.2026
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
19:00 10.10.2026
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
18:55 10.10.2026
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
18:49 10.10.2026
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Nazir Məcnun Məmmədov Çində səfərdədir
18:43 10.10.2026
Nazir Məcnun Məmmədov Çində səfərdədir
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
18:41 10.10.2026
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
18:36 10.10.2026
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
18:30 10.10.2026
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
18:23 10.10.2026
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
Polkovnikə FHN-də yüksək vəzifə verildi
18:18 10.10.2026
Polkovnikə FHN-də yüksək vəzifə verildi
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
18:14 10.10.2026
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir