"Səhnə müğənninin yeridir və boş olmalıdır" - Pünhandan tənqidlərə cavab

"Səhnə müğənninin yeridir və boş olmalıdır" - Pünhandan tənqidlərə cavab
MAQAZİN
16:23 27.04.2026
1075
"Kim oxuyursa-oxusun, səhnə boş olmalıdır. Ora müğənninin yeridir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında müğənni Pünhan Piriyev deyib.

Bir neçə gün əvvəl Sumqayıtda konsert verən ifaçı səhnədə yaşanan qalmaqala da münasibət bildirib.
 
O, ünvanına səsləndirilən ittihamları təkzib edib:

"Biri deyir Sumqayıt tamaşaçılarına hörmətsizlik etmişəm, digəri isə dinləyiciləri saymadığımı iddia edir. Bu, yalandır. Mən heç vaxt belə hərəkət etməmişəm və etmərəm də. Bu yerə izləyicilərimin, dinləyicilərimin və Allahın köməyi ilə gəlmişəm. Öz zəhmətimin də böyük payı var".
 
O deyib ki, müğənni oxuyanda səhnə boş olmalıdır: 

"Səhnədə kim oxuyursa-oxusun, ora boş olmalıdır. Səhnənin önü də açıq qalmalıdır ki, tamaşaçı bizi rahat görə bilsin, video çəkə bilsin. Mən bütün konsertlərimdə insanlarla şəkil çəkdirirəm. Səhnədə xalqa hörmətsizlik edənləri paylaşmaq lazımdır. Bəzən anlaşılmır ki, müğənni kimdir - mən, yoxsa mühafizəçi?”
 
Aysel
OXŞAR XƏBƏRLƏR