Şəhriyar Məmmədyarov 4 saat ərzində 21 qələbə qazandı - FOTO

Şəhriyar Məmmədyarov 4 saat ərzində 21 qələbə qazandı - FOTO
TOP4
10:08 06.05.2020
1934
Mayın 3-də Şəhriyar Məmmədyarovun gənclər üçün keçiridiyi  şahmat üzrə seans yekunlaşıb.

AZXEBER.COM xəbər verir ki, 3 ölkədən və 9 ştatdan idmançılar burada iştirak ediblər.

Azərbaycanı 2 gənc və perespektivli şahmatçı - Ziya Həsənli və Elvin Baim seansda təmsil ediblər. Həmçinin, ABŞ idmançısı olan 10 yaşlı Ryo Çen ölkə çempionu olub. O, həmyerlimiz Rəşad Babayevin tələbəsidir.

Qeyd edək ki, turnirdə 21 oyun keçirilib. Şəhriyar Məmmədyarov bu görüşlərin hamısında qələbə qazanıb. İdmançımız 4 saat ərzində bütün rəqiblərinə qalib gəlib.
 

 


OXŞAR XƏBƏRLƏR