““Sehrli xalat” filmində məni baş rola Zərifə roluna çəkmək istəyirdilər, lakin...” - MÜSAHİBƏ

MƏDƏNİYYƏT
17:10 06.01.2012
3434

"Sehrli xalat”filmində məni baş rola Zərifə roluna çəkmək istəyirdilər”.

“İki nəvəm var onların isə hələ gələcəyi məlum deyil”.

“Yoldaşım deyirdi ki ,bəlkə teatrı tərk edəsən?”.

“Həyatda anayam...”

Gənc Tamaşaçılar teatrının aktrisası Almaz Mustafayevann AZXEBER.COM-a müsahibəsini təqdim edir.

"Sehrli xalat”filmində məni baş rola Zərifə roluna çəkmək istəyirdilər”.

- Almaz xanım bu sənətə necə gəldiniz və ilk rolunuz hansı tamaşada olub?

Mən lap uşaq vaxtından Əfsər Cavanşirovun radio və uşaq xorunda solist idim. Məktəbdə oxuyanda televiziyada uşaq redaksiyasının rejissoru Nazim Zeynalov məni televiziyaya dəvət etdi.

“Gecəniz xeyrə qalsın balalar”,”Tonqal”,”Qaranquş”kimi uşaq verlişlərində çıxış edirdim. Televiziyanın ədəbi dram redaksiyasında uşaq rolları oynayırdım. Sonra məktəbdə məni “Sehrli xalat”filminə çəkilmək üçün seçdilər. Sehrli xalat”filmində məni baş rola Zərifə roluna çəkmək istəyirdilər. Lakin elə oldu kı, mən Səidə roluna çəkildim. Bir gün atam dedi ki televiziyada üç illik kino aktyor kursları açılıb, get özünü sına. Mən getdim və imtahan verib qəbul oldum. Kursun rəhbəri Xalq artisti Adil İsgəndərov, müəlliməmiz isə Cənnət Səlimova idi. Üçüncü kursda oxuyanda Cənnət Səlimova Əkrəm Əylislinin “Mənim nəğməkar bibim”əsərini tamaşaya hazırlamaq istəyirdi. Əsəri teatra gətirmək lazım idi və bir neçə şəkil üzərində işləmək lazım gəlirdi. Əkrəm müəllim nəsə tərəddüd etdi, dəyişdirmək istəmədi. Belə oldu ki , əsəri teatr qəbul etmədi və mən teatrda qalmalı oldum. O vaxt teatrın direktoru Qasımov Bala istəyirdiki mən teatrda işləyim. Teatrda qaldım və Qeybulla Rəsulovun Əlvida Hindistan”əsərini mənə verdilər və dedilər ki, orada baş qəhrəman Ramo obrazını məşq edim. Tamaşanı oynadım və məni teatra qəbul etdilər. İllər ötəndən sonra “Mənim nəğməkar bibim”əsərinə bizim teatrda rejissor Ulduz Əliyeva quruluş verdi və mən bu tamaşada Sadıq rolunu oynadım.

-Çox adam sizi uşaq və oğlan rolları ilə tanıyıb, bu nə ilə əlaqədardır?

Belə bir ampula var-travesti, yəni balaca oğlan rollarını oynayan aktrisa. Yəqin ki, mənim fakturam buna imkan verirdi ki, mən bu rolları oynamışam. Hətta mən altı yaşı tamam olmayan oğlan rolunu da oynamışam.

-Deyə bilərsinizmi teatrda oynamaq çətindir yoxsa, kinoda?

Bu sənət asan sənət deyil. Nə kino, nə də teatr. Kino belədir ki, bir dəfə çəkilir, qurtarır. Amma teatr canlı sənətdir. O,insanın əhval-ruhiyyəsindən asılıdır, pis də oynaya bilərsən, yaxşıda. Əlbəttəki tamaşanı yaxşı oynamasan tamaşaçı sənə qulaq asmayacaq.

“İki nəvəm var onların isə hələ gələcəyi məlum deyil”.

-Ailənizdə hamı sənət adamıdır,sizə bu necə hisslər bağışlayır?

Mənim böyük oğlum Mustafa Mustafayev rəssamdır. Kiçik oğlum Tural Mustafayev isə Lənkəran Dövlət Dram tearında rejissordur, gəlinim də opera və balet teatrının solistidir. Yoldaşım Azərbaycanda ilk təhsilli modelyer rəssam olub. İki nəvəm var onların isə hələ gələcəyi məlum deyil, amma istərdim ki, bizim sənətimizin davamçıları olsunlar.

- Əvvəlki rejissorlarla işləmək sizə asan idi, yoxsa müasir rejissorlarla?

Əgər rejissor savadlıdırsa, işinin peşəkarıdırsa, fərq etmir. Aktyor istedadlı olmalıdır ki, rejissorla işləməyi bacarsın.

-“Sehrli xalat”filminə çəkiləndə nə hisslər keçirirdiniz?

O vaxt uşaq idik, dostluq edirdik. Rejissorun dediyi sözə əməl edirdik. Möhsün Sənani, Əliağa Ağayev, Falikoviç kimi sənətkarlarla çəkilmək böyük şərəf idi. Sehrli aləmə düşmüşdük elə bil.

- Dublyaj sahəsində də bir çox filmləri səsləndirmisiniz, bu haqda nə deyə bilərsiniz?

Əlisəttar Atakişiyev məni “Sehrli xalat”filminin sınaq çəkilişlərinə dəvət edəndə mənim diksiyam, intonasiyam onun xoşuna gəlmişdi. O məni dublyaj şöbəsinə apardı. Artıq uşaq rollarını səsləndirməyə başladım. 1964-cü ildən bu günə qədər dublyajla məşğul oluram. Hal-hazırda isə Azərbaycan Dövlət Radiosunda uşaq verlişi var, filmləri səsləndirirəm.

-Belə bir tamaşanız varmı ki. onu bu gündə sevə-sevə oynamaq istərdiniz?

-Bəli, var. İsgəndər Coşqunun “Ana laylası”əsərində Bahar rolunu illərlə oynamışam. 1976-cı ildə tamaşaya bizim səhnəmizdə Müharib Tağıyev quruluş vermişdi və sonradan onu Vaqif Əsədovun quruluşunda oynamışam. Bahar gözəl səsi olan bir qızdır, bütün tamaşa boyu mahnı yazır və oxuyur. Tamaşanın musiqisini Ramiz Mirişli yazmışdı, orjinal musiqi idi, məhz bu tamaşa üçün yazılmışdır. O mahnıların ilk ifaçısıda mən olmuşam. Ümumiyyətlə ana bütün uşaqlarını sevdiyi kimi, mən də bütün rollarımı sevirəm.

“Yoldaşım deyirdi ki ,bəlkə teatrı tərk edəsən?”.

- Elə bir vaxt olub kı, teatrdan getmək istəmisiniz?

Teatr mənim ailəmdir, heç fikrim olmayıb ki, nə vaxtsa teatrdan getmək istəyim. Uşaqlar balaca olanda hətta həyat yoldaşım deyirdi ki ,bəlkə teatrı tərk edəsən ,sonra özü deyirdi ki, teatr sənin ürəyinin parasıdır. Sən teatrsız yaşaya bilməzsən.

-Müasir dövrdə uşaq filmlərinə münasibətiniz necədir?

Müasir dövrdə uşaq filmləri az çəkilir, demək olar ki, heç çəkilmir.

“Həyatda anayam...”

-Almaz xanım bu gün teatrda hansı rolu oynamaq istəyir?

Əlbəttə ki, həyatda anayam. İstərdim ki, elə bir rejissor olsun və mənim fakturamı nəzərə alıb bir əsər səhnələşdirsin. Əgər belə bir şey olsa fərq etməz istər bu teatrda, istərsədə başqa teatrda oynaya bilərəm.

-Teatr da və kino da ən sevdiyiniz tərəf müqabiliniz kim olub?

Kinoda Nəsibə Zeynalovanın adını çəkə bilərəm, teatr da isə ən böyük sənətkarlarla işləmişəm, Firəngiz Şərifova, Yusif Vəliyev, Hüseynağa Sadıqov ən sevimli partnyorlarım olub.Firəngiz Şərifovanı özümə müəllim hesab edirəm,aktrisa kimi püxtələşməyimdə böyük rolu olub.

-Son oynadığınız tamaşalar haqqında nə deyə bilərsiniz?

Son iki tamaşa oynamışam. Bunlardan biri “Göyçək Fatma”o biri isə “Mən səni sevirəm”tamaşası oldu. “Göyçək Fatma”da ögey bacını oynadım, o biri əsərdə isə baş qəhrəmanın anası Zümrüd xanımı oynamışam. Hələ ki, təzə tamaşam yoxdur, amma bilirəm ki, teatrda bir neçə nağıl tamaşa olmalıdır, çox güman kı, bu tamaşalarda da oynayacağam.

- Artıq 2012- ci ildir , bu ildə tamaşaçılara, teatrsevərlərə və həmkarlarınıza nə arzulayırsınız?

Ən əsası insan üçün can sağlığıdır, əmin-amanlıq , ailələrində ruzi bərəkət arzulayıram, və arzulayıram ki ,insanlar bir- birlərinə qarşı çox həssas olsunlar.

Əli Novruzəliyev

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:49 01.06.2020

İlham Əliyev: "ÜST vasitəsilə yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik"

22:41 01.06.2020

İnfeksionist: "Koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq"

22:38 01.06.2020

Dövlət başçısı: "Düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik"

22:18 01.06.2020

Bakıda yeni açılan "Dəniz Mall"un içərisindən görüntülər - FOTO

21:33 01.06.2020

Türkiyədə COVID-19 qurbanlarının sayı 4 500-ü ötdü

21:24 01.06.2020

Azərbaycan Premyer Liqasında 5 əvəzetməyə icazə verildi

21:00 01.06.2020

Azərbaycan Premyer Liqasında komanda sayı artırılmayacaq

20:18 01.06.2020

On yaşlı Nərmin Quliyevanın ölümündə ittiham olunan tərəfin vəkilləri: “İlkin Süleymanov günahkar deyil”

19:59 01.06.2020

Xüsusi karantin rejimi qaydalarının pozulması halları artıb

19:34 01.06.2020

Bakı metrosunda sıxlıq yaşanıb - VİDEO

19:29 01.06.2020

Azərbaycan manatının dövretmə sürəti azalıb

19:23 01.06.2020

“Ölkəmizin gələcəyi onların əlindədir”

19:09 01.06.2020

Bakıda oğlan bulvarda şəkil çəkmək istədi, dənizə düşdü - VİDEO

18:59 01.06.2020

Balaca uşağın Putinlə söhbətə qoşulması hər kəsdə gülüş yaratdı - VİDEO

18:45 01.06.2020

Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı - RƏSMİ

18:42 01.06.2020

Azərbaycanda koronavirusdan sağalanların sayı 3,5 mini ötdü