Səhvən öz hərbçilərini vuran ölkə - 30 ölü

Səhvən öz hərbçilərini vuran ölkə - 30 ölü
Bütün Xəbərlər
11:11 03.10.2011
1214
Yəmən Hərbi Hava Qüvvələrinin ölkənin şərqində Abyan əyalətinin inzibati mərkəzi olan Zincinbarda səhvən 119-cu briqadanın mövqelərinə zərbələr endirməsi nəticəsində briqadanın 30 hərbçisi ölüb, çoxlu sayda hərbçi isə xəsarət alıb.Qeyd edək ki, son günlər Zincinbarda hökumət qüvvələri ilə “əl-Qaidə” arasında şiddətli döyüşlər gedir. Prezident Əli Abdullah Salehin qoşunları hələ bu ilin mart ayından "Əl-Qaidə" terrorçuları tərəfindən ələ keçirilmiş şəhərdə nəzarəti ələ almağa çalışır.119-cu briqada ölkə başçısı Salehin istefasını tələb edən müxalifətin tərəfinə keçsə də, "Əl-Qaidə" ilə döyüşməyi davam etdirir.
//Ans Press
OXŞAR XƏBƏRLƏR