Hollandiya kraliçasının oğlu şahzadə Yohan Frizo qar uçqununun altında qalıb.
AZXEBER.COM-un TRT-yə idtinadən verdiyi xəbərə görə, Dövlət İnformasiya İdarəsindən verilən açıqlamada Avstriyanın İnnzbrok şəhərindəki bir xəstəxananın reanimasiya şöbəsində qalan şahzadənin vəziyyətinin stabilolduğu və hələlik ölüm təhlükəsinin ortadan qalxmadığı bildirilib.
Şahzadənin anasının və həyat yoldaşının da xəstəxanada olduğu bildirilən açıqlamada qeyd edilib ki, həkimlərin xəstənin vəziyyətiylə bağlı məlumat verməsi bir neçə gün çəkə bilər.
Baş nazir Mark Rutte isə Avstriyanın səhiyyə sisteminə güvəndiyini deyib.