“Şəkidəki zəlzələ ilə bağlı hazırda araşdırma aparılır. Dağıntı olmasa da evlərdə xırda çatlar yaranıb”.
AZXƏBƏR.COM xəbər verir ki, bu barədə AzVision.az-a Şəki rayon İcra Hakimiyyətindən məlumat verilib.
İcra başçısının köməkçisi Ziya Vəliyev bildirib ki, rayon ərazisində deyilən kimi 6 bal yox, 4,5 bal gücündə zəlzələ qeydə alınıb. “Hazırda iş başındaydıq. Binada titrəyiş oldu. 6 mərtəbəli binadır. Titrəyişdən sonra binanı gəzdik. Elə bir dağıntı olmasa da xırda çatlar yaranıb”.