Şəki Karvansarayında çəkilən foto ölkə mətbuatı ilə yanaşı düşman ölkə olan Ermənistan mətbuatında da yayımlanıb. Fotoda tarixi məkanda alt və üst paltarlarının sərildiyi görünür.
Məsələ ilə bağlı AZXEBER.COM portalı olaraq Şəki Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Şəhər İcra Hakimiyyətinin başçısının köməkçisi Ziya Vəliyev məsələdən xəbərsiz olduqlarını və bunun araşdırlacağını deyib:
“Bunu edən adam çox böyük yanlışlığa yol verib. Biz məsələni araşdıracağıq. Bununla bağlı cənab başçısının tapşırığı ilə yəqinki ölçü götürüləcək”.
Qeyd edək ki, Ermənistanın “news.am” portalı da bu məlumatı verib. Onlar Azərbaycan mətbuatına istinadən informasiyanı dərc ediblər.
AZXEBER.COM
