Şəki-Zaqatala bölgəsində fəaliyyət göstərən sosial işçilər üçün təlim keçirilib

GƏNCLİK
15:33 01.05.2017
1622

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən  və  BMT İnkişaf Proqramının dəstəyilə "Konstitusiya” Araşdırmalar Fondunun ekspertləri tərəfindən icra olunan "Azərbaycanda əlilliyi olan insanların və uşaqların müdafiəsi üçün sosial və hüquqi mühitin gücləndirilməsi” layihəsi çərçivəsində Şəki-Zaqatala bölgəsində fəaliyyət göstərən sosial işçilərin bilik və bacarqılarının artırılması məqsədilə təlim keçirilib.

AZXEBER.COM-un məlumatına görə, Şəki şəhərində təşkil olunan təlimdə Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqatalada fəaliyyət göstərən sosial işçilər iştirak ediblər.  Ümumilikdə,  təlimə 24 sosil işçi qatılıb. Təlimdə  sağlamlıq imkanları məhdud şəxs və onların ailələrinə sosial xidmət müdaxiləsi, sosial işin 3 səviyyədə aparılması ilə bağlı bilgilər verilib. Eyni zamanda iştirakçılara  fərdlərlə iş, ailə-sosial işçi əməkdaşlıq sahəsində yeni biliklər və təcrübələr öyrədilib.

Təlimçi Cavid Şahmalıyev 2 gün ərazində "Çətin həyat şəraiti olan şəxslərə (ailə) sosial xidmət müdaxiləsi”, ""Keys menecment”in sosial dəstək modelindən fərqli cəhətləri”, "Sosial iş 3 səviyyədə”, "Fərdlərlə işləyən sosial işçilər nələri bilməlidirlər?”, "Ailə- sosial işçi əməkdaşlığı”  mövzularında təlim keçib. İştirakçılar öyrəndiklərini praktik məşğələlər zamanı tətbiq ediblər. Eyni zamanda öz təcrübələrini digərləri ilə bölüşərək, praktikada meydana çıxan bir sıra məsələlərlə bağlı suallara birgə müzakirələr zamanı cavab axtarıblar. Təlimçi sosial işçilkərin parltik fəaliyyəti ilə bağlı çoxsaylı sualları da cavablandırıb.

Təlimdə iştirak etmək üçün sosial işçilər Dövlət Sosial Müdafiə Fondunun yerli strukturları ilə əməkdaşlıqda seçilib. Təlimdə iştirak etmək arzusunu bildirən sosial işçilərin ehtiyacları xüsusi metodikaya əsasən aparılıb və qiymətləndirilib. Bu ehtiyaclar nəzərə alınaraq müvafiq təlim proqramı hazırlanıb. Qeyd edək ki, təlim proqramına daxil edilmiş mövzular iştirakçılar arasında keçirilən qiymətləndirmənin nəticələrinə uyğun olaraq seçilib.

OXŞAR XƏBƏRLƏR