Şəkidə 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar bəzi tədbirlər keçirilib. Faciənin ildönümü ilə əlaqədar yanvarın 20-də Şəkidəki Şəhidlər xiyabanında ictimaiyyət nümayəndələrinin, müharibə və əmək veteranlarının iştirakı ilə ümumşəhər mitinqi keçirilib.Məlumata görə, eyni gün şəhərdəki Cümə məscidində şəhidlərin ruhuna dualar oxunub, saat 12.00-da rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.