Növbəti tədris ilinə kimi Şəkinin daha beş kəndində daha müasir tələblərə cavab verən məktəblər tikilərək müəllim və şagirdlərin istifadəsinə veriləcək.
Rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən, builki tədris ilinə beş məktəb istifadəyə verilib. Belə ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən üç, dövlət vəsaiti hesabına isə iki məktəb inşa olunub.Hazırda rayonunun Qoxmuq və Göybular kəndləri ilə yanaşı daha ucqar hesab edilən Şin, Baş Göynük və Baş Şabalıd kəndlərində dövlət vəsaiti hesabına yeni məktəb binalarının tikintisinə start verilib. Qeyd edilib ki, Qoxmuq kəndində 840, Baş Göynükdə 640, Şində 280, Göybularda 280 və Baş Şabalıd kəndində isə 180 şagird yerlik məktəblər inşa olunacaq. Şin və Baş Şabalıd kənd tam orta məktəbləri üçün inşa edilən məktəblərin tikintisi bu ilin sonunadək, digər məktəblər isə növbəti tədris ilində istifadəyə veriləcək .