Şəki rayonda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Yanğından Mühafizə Hissəsindən (YMH) verilən məlumata görə, yanğın hadisəsi rayonun Kiçik Dəhnə kəndində Qoçayev Akif Sabir oğluna məxsus, çiy kərpicdən tikilmiş, ümumi sahəsi 60 kvadratmetr olan 1 mərtəbəli 4 otaqlı evdə qeydə alınıb.
Hadisə yerinə FHN-in Şəki rayon YMH-in texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsinin yanar konstruksiyaları və 2 otağın yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının genişlənərək həyətdəki digər tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı Şəki rayon YMH-də araşdırma aparılır.//apa