Şəkidə propan qaz balonunun partlaması nəticəsində rayon sakini Teymurov Rahim Zahid oğlu ağır xəsarət alıb. Yaxınlarının dediyinə görə hadisə, Rahim Teymurov həyətlərində maye qaz balonundan istifadə edərkən kibriti yandıran zaman baş verib. Partlayış nəticəsində ağır yanıq xəsarətləıri alan 39 yaşlı Rahim Teymurov dərhal xəstəxanaya çatdırılıb. Həkimlər xəstənin həyatı üçün təhlükənin olmadığını deyirlər.“Rahim Teymurov xəstəxananın cərrahiyyə şöbəsinə yanıq diaqnozu ilə daxil olub. Deməsinə görə qaz balonu partlayaraq xəsarət alıb. Xəstədə üzün, boynun və hər iki əlin 2-ci 3-cü dərəcəli yanığı qeydə alınıb” – deyə Həkim-travmatoloq Seymur İbadov bildirib. Həkim həmçinin yaralının hazırda vəziyyətinin orta ağır olduğunu və reanimasiya tədbirlərinin davam etdirildiyini deyib.