Selfi həvəskarı qatarın altında qaldı

Selfi həvəskarı qatarın altında qaldı
Bütün Xəbərlər
13:37 24.02.2015
826
Daha bir selfi həvəskarı faciəvi şəkildə dünyasını dəyişib.Amerikanın Vaşinqton ştatında dəmir yolunda sevgilisi ilə selfi çəkdirən kişi qatarın altına düşüb.Polis rəisinin sözlərinə görə, hadisə şənbə günü - 21 fevralda baş verib. Oreqon sakini ilə selfi çəkdirən qız zərər çəkməyib.Polis vəfat etmiş şəxsin adını açıqlamayıb. Ailəsi hələ onun faciəvi şəkildə ölməsindən xəbərsizdir.Hadisə dəmir yolunda hərəkətin məhdudlaşmasına səbəb olub. Yeddi qatarın hərəkəti dayandırılıb.Hüquq-mühafizə orqanları hadisəni araşdırırlar.
OXŞAR XƏBƏRLƏR